Azərbaycanda  yol cəriməsini ödəməyən məmur   məhkəməyə verildi
07 oktyabr 2021 10:01 (UTC +04:00)

Azərbaycanda yol cəriməsini ödəməyən məmur məhkəməyə verildi

Balakən rayon İcra Hakimiyyətinin əməkdaşı məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, icra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Solxayev Zaur Sağır oğlu yol hərəkəti qaydalarını pozduğu üçün ona tərtib olunan cəriməni ödəməyib.

Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Protokol baxılması üçün Balakən rayon Məhkəməsinə göndərilib. İş hakim Zamin tahirovun icraatına verilib.

Həmin maddə əsasında şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3653

Oxşar yazılar

Ağstafada 34 yaşlı kişi kafedə bıçaqlandı

Ağstafada 34 yaşlı kişi kafedə bıçaqlandı

25 may 2025 , 20:34
Batan avtomobili çəkən traktor aşdı-Ölən və yaralanan var

Batan avtomobili çəkən traktor aşdı-Ölən və yaralanan var

25 may 2025 , 19:47
Bakıda yaşayış binasında yanğın -  YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB

25 may 2025 , 18:43
Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

25 may 2025 , 14:55
Hacıqabulda FACİƏ:  balıq gölündə boğuldu

Hacıqabulda FACİƏ: balıq gölündə boğuldu

25 may 2025 , 11:15
Bakıda 19 yaşlı qız binadan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxıldı

24 may 2025 , 22:35
Bakıda FACİƏ : sürət qatarı piyadanı vurub öldürdü

Bakıda FACİƏ: sürət qatarı piyadanı vurub öldürdü

24 may 2025 , 21:37
Bakıda kişi yaşadığı evdə ölü tapıldı

Bakıda kişi yaşadığı evdə ölü tapıldı

24 may 2025 , 19:44