Şamaxı rayonunda intihar hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Şamaxı şəhər sakini, 79 yaşlı İsmayılova Atlaz Şahbala qızı özünü rayon ərazisində yerləşən Kür-Araz adlanan gölə ataraq intihar edib.
Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Ahıl yaşlı qadının özünə qəsd etməsinin səbəbi hələlik bilinmir.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.