Gəncədə qadın dəm qazından boğulub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Gəncə şəhəri, Bakı küçəsi, ev 32 ünvanında qeydə alınıb.
Şəhər sakini, 78 yaşlı Rahilə Səidova hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.