Azərbaycanda universitetin şöbə müdirinə cinayət işi açıldı
29 aprel 2021 15:23 (UTC +04:00)

Azərbaycanda universitetin şöbə müdirinə cinayət işi açıldı

Bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməsinə və bunun da həmin təhsil ocağının tələbələrinin narazılığına səbəb olmasına dair məlumatlar yayılıb.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, Dürdanə Əliyevanın qeyd edilən qanunsuz əməlləri törətməsi barədə Bakı Slavyan Universitetinin tələbələrindən daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq  külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri aparılmaqla toplanmış sübutlara hüquqi qiymətin verilməsi və bu barədə ictimaiyyətin yaxın zamanda ətraflı məlumatlandırılması təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3270
avatar

Mehman Nəbiyev

Oxşar yazılar