Azərbaycanda toy karvanında DƏHŞƏTLİ QƏZA:  5 nəfər öldü - VİDEO  - YENİLƏNİB
24 sentyabr 2024 16:48 (UTC +04:00)

Azərbaycanda toy karvanında DƏHŞƏTLİ QƏZA: 5 nəfər öldü - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Biləsuvarda baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, sentyabrın 24-də saat 14:50-də  Bəhrəmtəpə-Biləsuvar yolununda Pərviz Hüseynovun idarə etdiyi "Vaz 21010" markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi "Man" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Aidə Hüseynova, Mehriban İsmayılova, Xoşbəxt Hüseynova və Vasif İsayev ölüb.

Araşdırma aparılır.

***
15:42

Biləsuvarda toy karvanında ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Biləsuvar rayonu ərazisində baş verib.

"Lada-012"markalı minik avtomobil, "MAN" markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilində olan 5 nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən minik avtomobili Ağcabədidən Cəlilabada gəlin gətirən toy karvanının tərkibində olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5265
avatar

Oxşar yazılar