Azərbaycanda  tanınmış jurnalist   vəfat etdi
24 noyabr 2022 14:18 (UTC +04:00)

Azərbaycanda tanınmış jurnalist vəfat etdi

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) mətbuat xidmətinin rəhbəri, Qarabağ qazisi Xəqani Rzaquliyev vəfat edib.

Lent.az bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə istinadən xəbər verir.

Xəqani Rzaquliyev 1963 -cü il noyabrın 9-da Ağdərə rayonunun Xatınbəyli kəndində dünyaya göz açıb.

1978-1982-ci illərdə Şuşa şəhəri Mədəni Maarif Məktəbini, 1994-cü ildə isə Bakı Dövlət Ünverstetinin jurnalistika fakültəsini bitirib.

O, 1982-1984- cü ilərdə Sovet ordusunun Ukrayna respublikasında yerləşən hərbi hissədə mühəndis-istehkamçı kimi müddətli həqqi hərbi xidmətdə olub.

O, müxtəlif illərdə, müxtəlif vəzifələrdə-Ağdərə rayonunun Xatınbəyli kəndində hərbi rəhbər (1987-1989), Ağdərə rayonunun Gəncxana qəsəbəsində 21 yaşında məktəb direktoru (1984-1987), «Gənclik» jurnalında ədəbi işçi və şöbə müdiri (1989-1994) vəzifələrində çalışıb.

Xaqani Rzaquliyev 1992-ci il martın 12-də ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3504
avatar

Arzu Qurbanlı

Oxşar yazılar