Araz Bayramov
19 avqust 2021 15:28 (UTC +04:00)

Araz Bayramov

Azərbaycanda tanınmış cərrahla bağlı araşdırma başladı - SƏBƏB

Tanınmış həkim barəsində araşdırma başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, vətəndaş Günel Gözəlovanın ərinin həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Araşdırma zamanı izahatlar alınıb, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib.

Bundan başqa, həkimin apardığı müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Baş Prokurorluqdan Səhiyyə Nazirliyinə müraciət edilib.

Hazırda araşdırma davam etdirilir.

Qeyd edək ki, Günel Gözəlova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş mətbuat katibidir. O, tanınmış cərrah Araz Bayramovun səhlənkarlıq etməsi iddiası ilə dəfələrlə sosial şəbəkədə paylaşımlar edib.

Günel Gözəlov və Araz Bayramov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7809
avatar

Mehman Nəbiyev

Oxşar yazılar