Ötən gün Ucarda ananın 1 yaşlı övladını öldürmək istəməsi barədə xəbər vermişdik.
APA TV-nin çəkiliş qrupu hadisə baş verən kəndə gedərək bu iddiaları səsləndirən ata ilə görüşüb.
Lent.az həmin görüntüləri təqdim edir:
***
8 avqust, saat 12:15
Ucarda dəhşətli hadisə baş verib.
Lent.az-ın məlumatına görə, rayonun Rəstəcə kənd sakini Fuad Hüseynov polisə ərizə ilə müraciət edərək arvadı Cəlalə İsmayılovanın 1 yaşlı oğlunu öldürmək istədiyini bildirib.
Ata iddia edir ki, həyat yoldaşı özünün istifadə etdiyi “Amitriptilin” dərmanını uşağa verərək qəsdən onu zəhərləyib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.