Abşeronda evdən tapılan meyitlər çürümüş vəziyyətdə olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, adıçəkilən şəxslər həmin evdə usta işləyirlərmiş.
Hadisənin bir müddət əvvəl baş verdiyi ehtimal olunur. Belə ki, hər 3 meyitin çürümüş vəziyyətdə olması bunu deməyə əsas verir.
Ölən şəxslərin hamısı İmişli rayon sakinləridir.
***
saat 12:11
Abşeronda evdən meyiti tapılan şəxslərin adları açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 6-da Abşeron rayonu ərazisində 57 yaşlı Gülağa Əliyev, 56 yaşlı Akif Nərimanov və 41 yaşlı Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olub.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
***
saat 11:36
Abşeron rayonunda dəhşətli hadisə baş verib.
Lent.az "oxu.az"a istinadən xəbər verir ki, rayonun Saray qəsəbəsində kirayədə yaşayan 3 kişi dəm qazından zəhərlənərək ölüb.
Belə ki, İmişli rayon sakinləri 55 yaşlı Akif Nərimanov, 56 yaşlı Gülağa Əliyev və 40-45 yaşlı şəxsiyyəti müəyyənləşdirilməmiş kişi evdə dəm qazından boğulublar. Ehtimal edilir ki, hadisə gecə saatlarında onlar yatan zaman baş verib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.