Azərbaycanda sabiq rəis və işçilərinə cinayət işi AÇILDI
20 dekabr 2023 09:35 (UTC +04:00)

Azərbaycanda sabiq rəis və işçilərinə cinayət işi AÇILDI

Auditorlar Palatasının 3 vəzifəli şəxsi mənimsəmədə ittiham olunur.

Lent.az xəbər verir ki, qurumun Maliyyə və texniki təminat İdarəsinin rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi mühasibi Gövhər Əhmədova və digər əməkdaş Fəridə Novruzova külli miqdarda mənimsəmədə təqsirli bilinir.

Onların barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. İstintaq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılıb. Məlumata görə, mənimsəmə cinayəti ilə əldə olunan vəsaitin miqdarı 1 milyon manatdan artıqdır.

Bakı Ağır Cinayətlər Məhkəməsində istintaqı davam edən iş hakim Elnur Nuriyevin icraatına verilib.

Qeyd edək ki, V. Rəhimov bu il noyabrın 20-də işindən ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6771
avatar

Mehman Nəbiyev

Oxşar yazılar