Azərbaycanda qayınana gəlinini döydü,  körpəsi ilə çölə atıldı   - YENİLƏNİB
24 may 2021 16:11 (UTC +04:00)

Azərbaycanda qayınana gəlinini döydü, körpəsi ilə çölə atıldı - YENİLƏNİB

Goranboyda qadının döyülməsi ilə bağlı bir sıra detallar üzə çıxıb.

Lent.az-ın məlumatına görə, zərərçəkən Nəzakət Şirinovanın həyat yoldaşı hazırda məhkumdur. Bir oğlu, bir qızı var. Döyülmə hadisəsi N.Şirinova ilə qayınanası arasında yaranan münaqişə zamanı meydana gəlib. Zərərçəkənin  sözlərinə görə, qayınanası onu döyüb və kobud şəkildə qızını da götürüb getməsini istəyib.

N.Şirinovanın azyaşlı oğlu isə qayınanası ilə qalıb.

***

15:58

Goranboyda gənc qadın döyülüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Gürzallar kəndində baş verib. Ailə münaqişəsi zəminində 28 yaşlı kənd sakini Nəzakət Şirinova döyülərək çoxsaylı bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib. Münaqişənin səbəbi hələ ki bəlli deyil.

Qeyd edək ki Nəzakət Şirinovanın körpə qızı da anası ilə birgə xəstəxanadadır.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3615
avatar

Oxşar yazılar