Azərbaycanda qatarla yük avtomobili toqquşdu
14 dekabr 2022 00:43 (UTC +04:00)

Azərbaycanda qatarla yük avtomobili toqquşdu

0

13 dekabr 2022-ci il saat 17:30 radələrində qatar  Bərdə-Yevlax mənzilinin 22-ci kilometrində  22 km/saat sürətlə (təyin olunmuş sürət 40 km/saat) hərəkətdə olarkən qorunmayan dəmir yolu keçidini keçməyə cəhd edən Qusar rayon sakini Şahin Vitalik oğlu Butayevin idarə etdiyi “ATEKO” markalı AZ 01-CG-402 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. 

Bu barədə Lent.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Hadisənin baş verməsinə səbəb sürücünün Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərini pozması olub.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Dəmir yoluna dəymiş ziyanın miqdarı müəyyənləşdirilir. Hadisə aidiyyəti üzrə araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2488

Oxşar yazılar