Sabirabadda 20 yaşlı ana intihar edib.
Lent.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Cavad kəndində baş verib. Həmin kəndin sakini, 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızı özünü həyətlərindəki nar ağacından asaraq intihar edib.
Qeyd edək ki, Səmayə Zeynalovanın 6 aylıq körpəsi qalıb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Əlibəy Zeynallı