Azərbaycanda qadın tibbi müayinədən sonra özünü kanala atıb öldürdü
27 iyul 2024 19:09 (UTC +04:00)

Azərbaycanda qadın tibbi müayinədən sonra özünü kanala atıb öldürdü

Sabirabadda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə səhər saat 7 radələrində Balvar kəndində baş verib. Kənd sakini 64 yaşlı N. Zeynalova özünü yaşadığı evin qarşısında keçən suvarma kanalına ataraq, canına qəsd edib.

Məlumata görə, mərhum bir müddət əvvəl Bakıdakı xəstəxanaların birində müayinədən keçib. Nəticədə xərçəng xəstəliyinə tutulduğunu öyrənib. Ehtimala görə, qadın məhz bu səbəbdən özünü öldürüb.

Hazırda faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4776
avatar

Mehman Nəbiyev

Oxşar yazılar