Cəlilabadda narkotacirlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçiriblər. Nəticədə Masallı rayon sakini O.Allahverdiyev və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədova saxlanılıb.
O.Allahverdiyevdən ümumilikdə 5 kiloqram 820 qram narkotik vasitə, o cümlədən 1 kiloqram 935 qram tiryək, 3 kiloqram 885 qram marixuana və 100 ədəd metadon həbi, E.Məmmədovadan isə 1 kiloqram 260 qram marixuana aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.