Azərbaycanda polis  özünü güllələdi
02 yanvar 2023 09:50 (UTC +04:00)

Azərbaycanda polis özünü güllələdi

0

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib.

O, xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3964

Oxşar yazılar