Gədəbəydə polis nəfəri xidmət vaxtı yol qəzasında həlak olub.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, sentyabrın 26-da saat 17 radələrində Gədəbəy rayonu ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis nəfəri, 27 yaşlı Cahan Orucov yol qəzasına düşüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, hadisə nəticəsində polis əməkdaşı həlak olub.
Araşdırma aparılır.