Daxili İşlər Nazirliyi Biləsuvarda baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Lent.az-a bildirilib ki, dekabrın 20-də saat 5:30-da rayonun S.Rufullayev küçəsində yerləşən R.Əhədova məxsus yaşayış evi yanıb və həmin vaxt evdə olan 79 yaşlı Nənələr Əhədova yanaraq ölüb. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və FHN-in yanğından mühafizə dəstəsinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda araşdırma aparılır.
***
Saat: 09:43
Biləsuvarda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə Biləsuvar şəhərində baş verib. Ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin dam örtüyü yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.