Azərbaycanda nə qədər koronavirus xəstəsi həbs olunub? - RƏSMİ
27 avqust 2021 16:31 (UTC +04:00)

Azərbaycanda nə qədər koronavirus xəstəsi həbs olunub? - RƏSMİ

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu ictimai yerlərdə aşkarlanan COVID-19 xəstələrinə verilən cəzalarla bağlıdır.

Artıq 17 aydır ki, ölkədə koronavirus pandemiyası yayılıb. Virusun yayılmasının əsas səbəbi aktiv xəstələrin səhlənkarlığı və daha çox adamı yoluxdurmasıdır. Bu səbəblə də 2020-ci ilin mart ayından indiyə qədər ictimai yerlərdə aşkarlanan koronavirus xəstələri saxlanılır və məcburi qaydada müalicə olunduqları yerə qaytarılır. Əksər hallarda isə həmin xəstələrə cinayət işi açılır.

Görəsən, həmin xəstələrdən həbs ediləni olub?

Rubrikamızın sualına Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aydınlıq gətirilib. Bildirilib ki, ictimai yerlərdə aşkarlanan koronavirus xəstələri arasında həbs edilənlər və ya digər tədbirlər görülənlər var:

“Koronavirus pandemiyasının yayılmasında real təhlükə mənbəyi olan aktiv xəstələr ictimai yerlərdə aşkar edilən kimi dərhal saxlanılır. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1 ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılır. 2020-ci ilin mart ayından bu günədək 1048 COVID xəstəsinə həmin maddə ilə cinayət işi açılıb. İctimai yerlərdə aşkarlanan aktiv COVID-19 xəstələrindən 1243-ü inzibati qaydada həbs olunub. 40 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

56 nəfər barəsində isə polisin nəzarəti altına vermə, 464 koronavirus xəstəsi barəsində isə digər qətimkan tədbirləri həyata keçirilib. İctimai yerlərdə aşkarlanan aktiv koronavirus xəstələrin müalicə aldıqları ünvanda yerləşdirilməsi təmin edildikdən dərhal sonra şəxs barəsində istintaq hərəkətləri başlanılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3435
avatar

Mehman Nəbiyev

Oxşar yazılar