Azərbaycanlı aparıcı Mirsəməd Cəfərliyə ağır itki üz verib.
Lent.az xəbər verir ki, onun anası Nəzakət Məmmədova dünyasını dəyişib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumatlara görə, N. Məmmədovanın ölüm səbəbi uzun sürən xəstəlikdir.
Qeyd edək ki, Mirsəməd Cəfərli ATV kanalında "Çox gəzən bilər", "Yadındamı" verilişlərinin aparıcısı olub.