Azərbaycanda məktəblini traktor vurub öldürdü
22 iyun 2022 09:53 (UTC +04:00)

Azərbaycanda məktəblini traktor vurub öldürdü

Tərtərdə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Əliyev Pərvin Yusif oğlu idarə etdiyi "T-28" markalı traktorla Goranboy-Tərtər yolunun Qaradağlı kəndində hərəkətdə olarkən yolu keçmək istəyən 13 yaşlı Alquliyev Füzuli Bayram oğlunu vurub. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, F. Alquliyev həmin kənd məktəbində 7-ci sinifdə təhsil alırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

Mehman Nəbiyev

Oxşar yazılar