Noyabr ayının 17-də saat 21 radələrində Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.
Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilir ki, hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, DSX Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.