Goranboyda yeni doğulmuş uşağın meyiti tapılıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonu Kəpənəkçi kəndində qeydə alınıb.
Kənd ərazisində uşaq meyiti tapılıb. Meyit müayinə olunması üçün ekspertizaya təqdim edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov uşaq meyitinin tapılması xəbərini təsdiqləyib.
O, bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Kəpənəkçi kəndində körpə uşaq meyiti tapılması ilə bağlı məlumat daxil olub. Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları həmin əraziyə gələrək müvafiq araşdırmalar aparıb.
Meyit müayinə olunası üçün ekspertizaya təqdim edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.