Azərbaycanda koronavirus xəstəsinə  ƏN AĞIR   cəza verildi
21 may 2021 15:24 (UTC +04:00)

Azərbaycanda koronavirus xəstəsinə ƏN AĞIR cəza verildi

Abşeronda ötən il dekabrın 22-də koronavirus xəstəsi olduğu halda ictimaiyyət arasına çxıan şəxs azadlıqdan məhrum edilib.

Lent.az-ın məlumatına görə, bu faktı Abşeron rayon Məhkəməsinin hakimi Habil Əhmədov da saytımıza təsdiqləyib. O bildirib ki, T.Əkbər oğlu barəsində 3 il azadlıqdan məhrumetmə cəzası verilib:

“Koronavirus xəstəsi olduğunu bilə-bilə ictimaiyyət arasına çıxan vətəndaş T.Əkbər oğlu xəbərdarlıqlara baxmayaraq, karantin qaydalarını pozub. Onun barəsində hakim Sevinc Quliyevanın hökmü ilə 3 il şərti azadlıqdan məhrumetmə cəzası verilib. O, bundan sonra probasiya qolbağı ilə 3 il ərzində Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 7:00-dək yaşayış yerini tərk etməməlidir. Cinayət Məcəlləsində 139-1-ci maddədə hələ bundan da sərt cəzalar nəzərdə tutulur. Cərimələmək çox insan üçün nümunəvi olmadı. Buna görə də, Sevinc xanımın verdiyi qərar doğru qərardır”.

Qeyd edək ki, sözügedən məhkəmə qərarı barədə ilk məlumatı “Qafqazinfo.az” saytı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2883
avatar

Mehman Nəbiyev

Oxşar yazılar