Azərbaycanda kişi mağazasını bağlayıb YOXA ÇIXDI  - FOTO
01 mart 2023 11:33 (UTC +04:00)

Azərbaycanda kişi mağazasını bağlayıb YOXA ÇIXDI - FOTO

0

Ağdaşda kişi itkin düşüb.

Lent.az xəbər verir ki, şəhər sakin olan 60 yaşlı Rəcəbov Comərd Musa oğlu fevralın 23-ü axşam saatlarında mağazasını bağlayaraq, naməlum istiqamətdə gedib.

Məlumata görə, sonuncu dəfə, yəni fevralın 24-də Yevlax rayonu Xaldan qəsəbəsində market yaxınlığında kameralara düşüb.

Evdən çıxarkən əynində qara qış gödəkçəsi, tünd göy cins şalvar, qara qış ayaqqabısı və başında qara papaq olub.

Qeyd edək ki, C. Rəcəbov ailəlidir, 3 övladı var.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, C. Rəcəbovun itkin düşməsi ilə bağlı Ağdaş rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar axtarış işləri keçirilir.

Comərd Rəcəbov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1943

Oxşar yazılar