İmişlidə kişi uçqunun altında qalaraq ölüb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Cəfərli kəndində beton hasarın uçması nəticəsində uçqun altında qalan 38 yaşlı Xələfov Maqsud İlham oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Keçirilən tədbirlər nəticəsində M.Xələfovun meyiti beton plitənin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.