Azərbaycanda jurnalist yol qəzasında öldü -YENİLƏNİB  - FOTO
13 dekabr 2022 13:40 (UTC +04:00)

Azərbaycanda jurnalist yol qəzasında öldü -YENİLƏNİB - FOTO

0

Xızıda yol qəzasında həlak olan Elvin Rüstəmov həm də jurnalist imiş.

Lent.az xəbər verir ki, E. Rüstəmov Baxışlı kənd orta məktəbinin fiziki tərbiyə müəllimi işləməsi ilə yanaşı, həm də "Neftçi" tv-nin şərhçisi olub.

Elvin Rüstəmov

***
Saat: 12:54

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib.

Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5381

Oxşar yazılar