Azərbaycanda itkin düşən 73 yaşlı kişinin meyiti su kanalından tapıldı - YENİLƏNİB
07 mart 2023 14:51 (UTC +04:00)

Azərbaycanda itkin düşən 73 yaşlı kişinin meyiti su kanalından tapıldı - YENİLƏNİB

0

Göyçayda itkin düşən kişinin meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, rayonun Qızılağac kəndində itkin düşən 73 yaşlı Məmmədov Mövlan Süleyman oğlunun meyiti həmin kənddən keçən su kanalından tapılıb.

Araşdırma apaırlır.

***
Saat: 12:36

Göyçayda kənd sakini itkin düşüb.

Lent.az-ın məlumatına görə, rayonun Qızılağac kənd sakini 73 yaşlı Məmmədov Mövlan Süleyman oğlu martın 6-ı səhər saatlarında kənd ərazisində yoxa çıxıb. Məlumata əsasən, həmin kənddə iti sürətlə axan kanal keçir. M. Məmmədovun həmin kanalda batma ehtimalı olduğu da deyilir.

Bu gün həmin kanalda dalğıc-xilasetmə qrupları ilə də axtarışlar aparılacaq.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov Lent.az-a bildirib ki, polis və prokurorluq əməkdaşları əraziyə baxış keçirib. Həmin şəxsin tapılması istiqamətində axtarışlar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3555

Oxşar yazılar