Xaçmazda 51 yaşlı qadın su kanalında batıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonu, Arzu qəsəbəsi ərazisindən keçən hissəsində Rüstəmova Səlminaz Şahbaba qızının batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.