Azərbaycanda insanları aldadan "falçı tiktoker"  tutuldu - VİDEO
05 sentyabr 2023 15:42 (UTC +04:00)

Azərbaycanda insanları aldadan "falçı tiktoker" tutuldu - VİDEO

“TikTok” sosial şəbəkəsində vətəndaşların “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişidirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldanılması barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, qeyd edilən qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən 38 yaşlı Fuad Məmmədov Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdə özünü “falçı” və “baxıcı” kimi təqdim edərək vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirdiyi müəyyən edilib. F.Məmmədov məsuliyyətdən yayınmaq üçün pulunu ələ keçirdiyi şəxslərin hesablarını sonradan bloklayıb. 

Qeyd olunan faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. F.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3264

Oxşar yazılar