Azərbaycanda  iki şirkətə   cinayət işi açıldı
02 mart 2022 12:24 (UTC +04:00)

Azərbaycanda iki şirkətə cinayət işi açıldı

İşçiləri əmək müqaviləsiz işlədən şirkətlərlə bağlı araşdırma aparılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, araşdırmalar əmək hüquqlarının pozulmasına dair vətəndaş ərizələri və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar üzrə keçirilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan  araşdırma nəticəsində paytaxtın Yasamal və Quba rayonlarında müvafiq olaraq fəalliyət göstərən “SRS Group” və «D.Fruits Kəndli Təsərrüfatı» MMC-nin vəzifəli şəxsləri tərəfindən qida məhsullarının hazırlanması və meyvə yığımı sahələrində çox sayda şəxslərin əmək hüquqlarının ciddi şəkildə pozulması halları müəyyən olunub.

Fakta görə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaqı aparılması üçün Bakı şəhəri Yasamal rayon və Quba rayon prokurorluqlarına göndərilib.

Eyni zamanda, aşkar edilmiş inzibati xətalara görə icraatlar başlanılaraq baxılması üçün aidiyyəti rayon məhkəmələrinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5274
avatar

Mehman Nəbiyev

Oxşar yazılar