Azərbaycanda hərbi maşın aşıb, 2 hərbçi xəsarət alıb - YENİLƏNİB
05 yanvar 2022 20:19 (UTC +04:00)

Azərbaycanda hərbi maşın aşıb, 2 hərbçi xəsarət alıb - YENİLƏNİB

0

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, xəbər yalandır və həqiqəti əks etdirmir.

Bildirilib ki, bu gün saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb:

“Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur. KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik”.

***

20:09

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ballıqaya kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil aşıb. Qəza zamanı 1986-cı il təvəllüdlü C.Abdullayev və 1992-ci il təvəllüdlü S.Həsənzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4705

Oxşar yazılar