Xaçmazda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə səhər saatlarında Əbilyataq kəndində qeydə alınıb. 51 yaşlı Əbdürrəhmanova Nəzakət Qayıb qızı yaşadığı evin həyətində özünü asaraq, həyatına son qoyub.
İlkin ehtimala görə, N. Əbdürrəhmanova eşitmə və nitq qabiliyyəti tam məhdud olmaqla, birincidərəcəli əlil olub.
Onun hansı səbəbdən özünü öldürməsi isə hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.