Azərbaycanda direktor  müəllimi döydü
22 sentyabr 2022 13:07 (UTC +04:00)

Azərbaycanda direktor müəllimi döydü

Goranboyda məktəbdə insident olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Kələk kənd orta məktəbində qeydə alınıb. Məlumata görə, məktəbdə müəllimlərdən biri ilə direktor arasında mübahisə yaşanıb. Mübahisə zamanı direktor müəllimi döyərək ona xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Lent.az-a bildirib ki, faktla bağlı polisə müraciət daxil olub. Onun sözlərinə görə, polis əməkdaşları hadisə yerinə cəlb olunublar və araşdırmadan sonra əmələ hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3940

Oxşar yazılar