Azərbaycanda DƏHŞƏT : qardaşı ilə birgə yaşadığı evi qəsdən yandıran yaxalandı -YENİLƏNİB
01 yanvar 2022 13:57 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: qardaşı ilə birgə yaşadığı evi qəsdən yandıran yaxalandı -YENİLƏNİB

Zaqatalada qardaşı ilə birgə yaşadığı evi qəsdən yandıran şəxs saxlanılıb

Zaqatalada qardaşı ilə birgə yaşadığı evi qəsdən yandıran Əhliman Gülməmmədov saxlanılıb.

Lent.az APA-ya istinadən bildirir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Əhliman Gülməmmədov saxlanılıb.

O, istintaqa cəlb olunub.

 

***

Saat 13:39

 

Zaqatalada iki qardaşın birgə yaşadığı evin qardaşların biri tərəfindən qəsdən yandırıldığı məlum olub.

Zaqatalanın Mosul kəndində fərdi yaşayış evinin qəsdən yandırılması faktı ilə bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.

Lent.az APA-ya istinadən bildirir ki, DİN-nin Mətbuat Xidmətinin Şəki Regional Qrupunun inspektoru, polis baş leytenantı Mahir Məsimovun verdiyi məlumata görə, dekabrın 31-i axşam saat 23 radələrində rayonun Mosul kəndində fərdi yaşayış evinin qəsdən yandırılması ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında RPŞ-nin təhqiqat qrupunun əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Hadisə yerindən müvafiq kül nümunələri götürülüb. 

İlkin məlumata görə, Tərlan və Əhliman Gülməmmədov qardaşları yanan fərdi yaşayış evində birgə yaşayıblar. İki qardaş arasında şəxsi münasibətlər zəminində  yaranan  mübahisə zamanı  Əhliman Gülməmmədov qardaşı ilə birgə yaşadıqları evi qəsdən yandırıb. Əhliman Gülməmmədov hadisəni törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki iki qardaşa məxsus ev əşyaları ilə birlikdə yanıb.

Faktla bağlı Zaqatala RPŞ-nin təhqiqat qrupunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4827
avatar

Oxşar yazılar