Azərbaycanda DƏHŞƏT: müğənninin anası və nənəsi  qazdan boğulub öldülər
26 fevral 2025 10:09 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: müğənninin anası və nənəsi qazdan boğulub öldülər

Bakıda ana və qızı qazdan boğulublar.

Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

87 yaşlı Südabə Səməd qızı İsmayılova və qızı 63 yaşlı Sevda Həsrət qızı Əhmədova yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək ölüblər.

Məlumata görə, onlar müğənni İlkin Fuadın anası və nənəsidir.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2174

Oxşar yazılar