Goranboyda dəhşətli hadisə olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Kənd sakini, 1938-ci il təvəllüdlü Gülayə Allahverdiyeva qəbiristanlığa gedən zaman itlər onu parçalayıb.
Yaşlı qadın xəstəxanaya aparılarkən yolda ölüb.