Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Mingəçevir şəhəri, Təbriz küçəsi, 10A ünvanında “MRT” MMC tərəfindən müvafiq sənədlər olmadan ticarət obyektinin tikintisinin aparılması faktı aşkar edib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.