Azərbaycanda bu şadlıq sarayı BAĞLANDI - VİDEO
07 may 2026 10:46 (UTC +04:00)

Azərbaycanda bu şadlıq sarayı BAĞLANDI - VİDEO

0

Qusarda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən “Pəri” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bildirilib ki, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 112

Oxşar yazılar