Azərbaycanda bu ərazidə yaşayanlara YENİDƏN XƏBƏRDARLIQ  - YENİLƏNİB
15 iyun 2023 01:55 (UTC +04:00)

Azərbaycanda bu ərazidə yaşayanlara YENİDƏN XƏBƏRDARLIQ - YENİLƏNİB

Bolqarçay su anbarının yaxınlığında qərargah qurulub.

Lent.az APA -ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin 22 nəfərdən ibarət xilasediciləri və 5 nəfərlik sularda xilasetmə dalğıcları Bolqarçay su anbarının (Platina) üstündə qərargah qurublar.

Biləsuvar Rayon İcra Hakimiyyəti və rayonun hüquq - mühafizə orqanlarının rəhbərləri də qurulan qərargahdadır.

Qərargah əsasən müşahidə xarakteri daşıyır.

Artıq İran İslam Respublikası ərazisindən Bolqarçaya 5 kubdan çox suyun Azərbaycan ərazisinə keçdiyi müşahidə olunur.

Müşahidələrə uyğun olaraq yaxın saatlarda görüləcək işlərlə bağlı qərar veriləcək.

***

Saat 00:22

Bolqarçayda sel təhlükəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) xilaesediciləri əraziyə cəlb olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, FHN-in xilasediciləri, texnikalar və kiçik həcmli gəmilər (katerlər) Bolqarçay ətrafına cəlb olunub.

Hələ ki, Bolqarçayda suyun səviyyəsində dəyişiklik yoxdur.

***

14.06.2023

Saat 23:25

Biləsuvar rayonunda sel təhlükəsi gözlənilir.

Lent.az xəbər verir ki, bu barədə kənd sakinləri APA-nın yerli bürosuna məlumat veriblər.

Sakinlər bildirib ki, İran ərazisindən Bolqarçay vasitəsilə rayon ərazisinə sel suyunun daxil olması ehtimalı var.

Aidiyyəti orqanlar yerli sakinləri məlumatlandırıb və hər ehtimala qrşı hazır olmağı bildiriblər.

Qeyd edək ki, analoji hal təqribən 2 həftə bundan öncə baş vermişdi.

Sel təhlükəsinə görə Bolqarçay ətrafında yaşayan 3 kəndin sakinləri təhlükəsiz ərazilərə köçürülmüşdü.

# 4878
avatar

Oxşar yazılar