Azərbaycanda borcu olan 16 nəfər saxlanıldı
24 may 2021 10:58 (UTC +04:00)

Azərbaycanda borcu olan 16 nəfər saxlanıldı

Respublikanın daxili İşlər orqanları mayın 22-si və 23-də törədilən 92 cinayətin üstünü "isti izlər"lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 34 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 55, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692
avatar

Mehman Nəbiyev

Oxşar yazılar