Şəkidə evdən meyit aşkarlanıb.
Lent.az xəbər verir ki, Şəki şəhər sakini, 72 yaşlı Məmmədov Adil Qabil oğlunun meyiti yaşadığı ünvanda aşkarlanıb. Tək yaşayan həmin şəxsin bir neçə gün əvvəl öldüyü məlum olub.
Onun meyitini dostları tapıblar. Üzərində heç bir zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.