Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ötən gün görülmüş işlərlə bağlı məlumat yayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, avqustun 18-də 103 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 6 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib. Həmçinin, Bakı şəhəri Yasamal rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı Stepanova Asya Konstantinovnanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.