Binəqədidə zibil tullantıları
03 may 2021 13:01 (UTC +04:00)

Binəqədidə zibil tullantıları

Azərbaycanda bələdiyyə sədri "zibilə düşdü" - FOTO

Mayın 1-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Mehdiabad Bələdiyyəsinin sədri V.Hüseynov barəsində protokol tərtib edilərək 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Binəqədi rayonu ərazisində keçirilən tədbir zamanı isə Biləcəri qəsəbəsinin Vağzalyanı küçəsindəki binaların birinin həyətində bərk tullantıların qalaqlanması aşkar edilib. Həmin binada yaşayan vətəndaş Y.Rəcəbov  barəsində də İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilərək 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05