Azərbaycanda baş verən fövqəladə hadisələrdə ölənlərin SAYI
05 may 2021 14:02 (UTC +04:00)

Azərbaycanda baş verən fövqəladə hadisələrdə ölənlərin SAYI

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2021-ci ilin birinci rübü ərzində respublika ərazisində 2139 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2020-ci ilin I rübü ilə müqayisədə 1901 hadisə və ya  47 faiz azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 15  nəfər həlak olub, 75 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 23 nəfər xilas edilmiş, 150 nəfər təxliyə olunub.

Yanğın hadisələri zamanı 13 nəfər həlak olub, 50 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 19 faiz azdır,  xəsarət alanlar üzrə 13 nəfər və ya 35 faiz çoxdur. 

2021-ci ilin birinci rübü ərzində respublika ərazisində 20 partlayış hadisəsi baş verib. Bu da 2020-ci ilin I rübü ilə müqayisədə 7 hadisə və ya  54 faiz çoxdur. Partlayışlar zamanı 2 nəfər həlak olub, 25 nəfər xəsarət alıb, 7 nəfər xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2961
avatar

Mehman Nəbiyev

Oxşar yazılar