Azərbaycanda bacılar vanna otağında qazdan zəhərləndi
20 dekabr 2023 22:04 (UTC +04:00)

Azərbaycanda bacılar vanna otağında qazdan zəhərləndi

0

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.

Kənd sakinləri, iki bacı - 2011-ci il təvəllüdlü R.Hacızadə və 2013-cü il təvəllüdlü G.Hacızadə yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4432

Oxşar yazılar