Azərbaycanda  AİLƏ FACİƏSİ:  Evdən 5 meyit çıxdı - YENİLƏNİB
17 fevral 2022 16:57 (UTC +04:00)

Azərbaycanda AİLƏ FACİƏSİ: Evdən 5 meyit çıxdı - YENİLƏNİB

Prokurorluq Qusarda baş verən ailə faciəsi ilə bağlı məlumat yayıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.

***

saat 16:16


Qusar rayonunda 5 nəfər dəm qazından boğulub.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhərdəki evlərdən birində beş nəfərin meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə oraqlanlarının əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, onlar dəm qazından boğularaq ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6465
avatar

Oxşar yazılar