Baş Prokurorluğun mətbuat xidməti ictimaiyyətə növbəti videomüraciət təqdim edib.
Lent.az-ın xəbərinə görə, videomüraciətdə bildirilir:
"Müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır. Müxtəlif psixoloji (və ya sosial) problemlərin nəticəsi olaraq hər il minlərlə insan öz istəyi ilə həyatına son qoyur. Təəssüf ki, təkcə 2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər həyatını itirmb.
Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq. Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır! Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın kontrolunu ələ al!"