Azərbaycanda 53 nəfər  toya   gedə bilmədi
26 avqust 2021 09:48 (UTC +04:00)

Azərbaycanda 53 nəfər toya gedə bilmədi

Avqustun 25-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 12 toy şənliyinin monitorinqini keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, monitorinq 7 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 53 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473
avatar

Mehman Nəbiyev

Oxşar yazılar