Azərbaycanda 13 yaşlı oğlan - YOXA ÇIXDI  - YENİLƏNİB
13 noyabr 2021 19:23 (UTC +04:00)

Azərbaycanda 13 yaşlı oğlan - YOXA ÇIXDI - YENİLƏNİB

0

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda itkin düşən 13 yaşlı oğlanla məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Sumqayıt şəhəri, 12-ci kvartal adlanan ərazidə 13 yaşlı Quliyev Elcan Elmar oğlunun itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.

“Hazırda Elcan Quliyevin tapılması istiqamətində polis əməkdaşları tərəfindən intensiv-axtarış tədbirləri davam etdirilir”, - qeyd olunub.

***

saat 19:04

Sumqayıtda 13 yaşlı oğlan itkin düşüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhəri, 12-ci kvartal deyilən ərazidə yaşayan 13 yaşlı Elcan Quliyev bu gün 12:15 radələrində evdən çıxaraq repetitor yanına gedib.

Yeniyetmənin atası Elmar Quliyev APA-ya bildirib ki, günorta saat 13:00-da müəllim zəng edərək Elcanın gəlmədiyini deyib. Bir müddət sonra onun mobil telefonu əks istiqamətdə, 48-ci kvartal adlanan yerdə tapılıb.

Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (055) 258-39-01, (070) 422-91-94 əlaqə nömrələrinə zəng etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4490

Oxşar yazılar